Məzahir Pənahov: “Bu seçkiləri qeyri-rəsmi olaraq “Zəfər seçkiləri” adlandırırıq”

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahov: “Bu seçkiləri qeyri-rəsmi olaraq “Zəfər seçkiləri” adlandırırıq”

Siyasət

12 Yanvar 2024 11:13 302


Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

MSK sədri qeyd edib ki, çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir. Toyuqlu pizza

O xatırladıb ki, azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var.

M.Pənahov qeyd edib ki, səsvermədə artıq öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə cəlb olunmuş insanlar da seçki hüququ olan şəxslərdir:

“Onlar da səsvermədə iştirak edəcəklər. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış yüksək əhvali-ruhiyyəyə uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!