Məzahir Pənahova 70 illik yubiley sürprizi

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Pənahova 70 illik yubiley sürprizi

Siyasət

31 Mart 2021 10:19 1217


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun martın 13-də 70 yaşı tamam olub.

“Yeni Sabah” xəbər verir ki, elə bu səbəbdən də ötən gün o “Şərəf” ordeni ilə təltif olunub. M. Pənahov 70 illik ömrünün son 21 ilini MSK sədri vəzifəsində keçirib və artıq bu vəzifədə son günlərini yaşayır. Belə ki, seçki qanunvericiliyinə görə, Azərbaycanda MSK-nın tərkibi ölkədə hər parlament seçkilərindən sonra yenilənməlidir. 

Azərbaycanda sonuncu parlament seçkiləri ötən ilin fevralında keçirilsə də, izah olunmayan səbəblərə görə tərkib buraxılmadı və bu günə qədər yeni üzvlər seçilməyib. Dominos pizza

Əldə etdiyimiz xəbərə görə, yaxın günlərdə Milli Məclis nəhayət ki qanunun tələbini yerinə yetirəcək. Parlamentdə təmsil olunan partiyaların və bitərəflərin hesabına MSK-nın yeni tərkibi formalaşacaq. Lakin bu tərkibdə M. Pənahov yer almayacaq. Bundan əvvəlki illərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Pənahova bu dəfə yaşıl işıq yandırılmayıb və o YAP-ın MSK-dakı nümayəndələri sırasında yer almayıb. 70 yaşlı professorun “Şərəf” ordeni ilə təltif olunması da onun 21 illik əməyinə verilən qiymət kimi dəyərləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!