Milli Məclis işğaldan azad olunan ərazilərlə bağlı qanun layihəsi qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis işğaldan azad olunan ərazilərlə bağlı qanun layihəsi qəbul edəcək

Siyasət

22 Dekabr 2020 00:39 1073


Qarşıdakı 4 il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə ayrılacaq vəsaitin həcmi məlum olub.

Yenisabah.az xəbər verir ki, 2021-ci il üçün büdcə zərfində 2021-2024-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətlərinə dair layihəyə əsasən, 2022-ci ildən başlayaraq hər il əsaslı vəsait qoyuluşu hesabına işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə 1,5 milyard manat vəsait ayılacaq.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Dominos pizza

Qeyd edək ki, büdcə zərfi Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!