Milli Qəhrəmanın qardaşı: “Yandırıb, külünü mənə göndərdilər” - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın qardaşı: “Yandırıb, külünü mənə göndərdilər” - FOTO

Kriminal

18 Oktyabr 2023 11:13 574


"Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Dekabrın 24-də mənim qardaşımı yandırıb, külünü gətirdilər". 

Musavat.com xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Arzu Rüstəmov deyib.

Onun sözlərinə görə, meyiti gətirən şəxslər bildiriblər ki, qardaşını yandırıblar: Sezar pizza

"Getdim gördüm ki, yanmış avtomat, bir də bir az kül var. Dedilər ki, bu, qardaşının külüdür. Vaqif Xaçatryana ən yaxşı cəza asılmaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!