Amazon.com Inc-in təsisçisi Ceff Bezos LVMH Moet Hennessy Louis Vuitton şirkətinin rəhbəri Bernar Arnonu geridə qoyub və "Bloomberg Milyarderlər İndeksi"nə görə dünyanın ən zəngin adamları siyahısında ikinci yeri tutub.
Yenisabah.az xəbər verir ki, Bezosun sərvəti ilin əvvəlindən Amazon səhmlərinin bahalaşması sayəsində 49,3 milyard dollar artaraq 156 milyard dollara çatıb. Arno 2023-cü ildə 6,95 milyard dollar itirib, hazırda onun sərvəti 155 milyard dollar qiymətləndirilir.
Birinci yerdə sərvəti 200 milyard dolları keçən Tesla-nın baş direktoru İlon Maskdır. İlin əvvəlindən 52 yaşlı iş adamının sərvəti 234 milyard dollara yüksəlib. pizza sifarişi
Tesla səhmləri 106% bahalaşıb, Amazon səhmlərinin qiyməti 58% artıb, LVMH-nin kapitallaşması isə 2,1% azalıb.
Telegram kanalımız