“Mina xəritələrinin verilməsi ilə Cənubi Qafqazda...” - Tiflisdən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Mina xəritələrinin verilməsi ilə Cənubi Qafqazda...” - Tiflisdən reaksiya

Siyasət

12 İyun 2021 21:23 1080


Baş nazir İrakli Qaribaşvilinin fəal iştirakı ilə Azərbaycan tərəfi 15 ermənini Gürcüstan vasitəsilə Ermənistana təhvil verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, bununla Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühitinin inkişafı üçün xüsusi addım atılıb. pizza sifarişi

Məlumata əsasən, hökumət başçısı şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daimi təmasda olub:

“Bu fakt Gürcüstanın yaxın qonşuları arasındakı münasibətlərdə gərginliyin daha da azalmasına əhəmiyyətli təkan verəcək. Gürcüstan bölgədə sülh, sabitlik və əməkdaşlıq atmosferinin yaradılmasına mühüm əhəmiyyət verir. Gürcüstan regional əməkdaşlığın inkişafı üzrə beynəlxalq ictimaiyyətin səylərinə öz töhfəsini verməyə hazırlığı barədə dəfələrlə bəyan edib”, - məlumatda bildirilir.

Vurğulanıb ki, bu gün qonşu ölkələr arasında mürəkkəb məsələlərin həllində irəli atılmış addım olacaq: “Gürcüstan zərurət yaranacağı təqdirdə, gələcəkdə də proseslərdə, ilk növbədə, humanitar məsələlərin həllində tərəfdaşlarına maksimum kömək göstərməyə hazırdır”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!