Minanın əri danışdı: “Boşanmışıq, bir də təkrarlasa...” - Fakt

saytların hazırlanması

Evə çatdırılma

Minanın əri danışdı: “Boşanmışıq, bir də təkrarlasa...” - Fakt

Şou

14 Oktyabr 2022 10:50 58149


Bir neçə ay əvvəl evləndiyini açıqlayan müğənni Mina Hüseyn həyat yoldaşından ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə OLAY-a ifaçının əri, iş adamı Sərxan Həsənov özü məlumat verib.

O bildirib ki, Mina ilə oktyabrın 9-da ayrılıb: Toyuqlu pizza

"Əsl adı Nərmindir. İşimiz artıq məhkəmədədir. Bu gün rəsmi boşanma üçün məhkəməyə müraciət etmişəm. Tələb edirəm ki, keçmiş həyat yoldaşım məndən reklam kimi istifadə etməsin. İcazəm olmadığı təqdirdə şəkillərim paylaşılmasın. Keçmiş fotolardan istifadə etmək insanları və özünü aldatmaqdır. Bu təkrarlanarsa, işə hüquqi müstəvidə baxılacaq".

Qeyd edək ki, M.Hüseyn bir neçə gün öncə həyat yoldaşının üzünü göstərmiş, bu fotolar mediada yayılmışdı. Bu günlərdə isə "Səhər mərkəzi" proqramına qonaq olan ifaçı S.Həsənov haqda geniş açıqlama vermiş, evliliyinin davam etdiyini söyləmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!