Mingəçevirdə kişinin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə kişinin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Kriminal

11 Fevral 2024 12:39 482


Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!