Mingəçevirdə şəhid anasının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şəhərin Şəhidlər Xiyabanından 2 şəhid övladının məzarlarını ziyarət gələn ananı qarət edən bir neçə dəfə məhkum olunmuş şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb. pizza mizza
Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum olub.
Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb.
Telegram kanalımız