Minimum əmək haqqındakı artım kimlərin maaşlarına təsir edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Minimum əmək haqqındakı artım kimlərin maaşlarına təsir edəcək?

Sosial

24 Dekabr 2024 11:14 53801


Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. 

O, bildirib ki, məbləğindən asılı olmayaraq sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqları artacaq. pizza hut

Əmək haqqı artımları neçə faiz olacaq?

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 1125 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Müəllim və həkimlərin maaşları artacaqmı?

Hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məlahət
    Salam.22 ildir Uşaq-Gənclər İnkişaf mərkəzində dərnək rəhbəri işləyirəm. Həftədə 6 (altı) saat məşğələ keçirəm. Aylıq maaşim 236 manatdır. Bilmək istəyirəm VTC-nə əsasən bizim əməkhaqqimıza nə qədər artım olacaq?
    1 year ago
  • Murad
    Neft şirkətinin işçilərinə 3ildi heç bir artım olunmur bu qeder haksizliq olmaz
    1 year ago
  • Murad
    Neft şirkətinin işçilərinə 3ildi heç bir artım olunmur bu qeder haksizliq olmaz
    1 year ago
  • Asim
    Salam. Gözətçi işləyirəm maaşım 389azn. Maaş artımı bizdə olacaq?
    1 year ago
  • Lets
    Tibb bacilari 550manat maaş alir hekimle arasinda 1000manat ferq var.Bizim de maaşlarimiza yaxşi artim olunsa en azindan biz de dóvlet terefinden qiymetlendirildiyimizi bilerdik.Bu qeder ferq haqqsizliqdir
    1 year ago
  • Ə.G
    Salam müəlliməyəm.7 saat dərsim var. 213 manat maaş alıram.Mənim maaşım niyə artmır bu mənə çox maraqlı gəlir?Nə sxemi nə cədvəli,minimum artdı hamının maaşının üstünə əlavə olunmalıdır.İşə yeni girmişəm.Hələ 3 il bitəndə sertifikasiyaya girəcəm.Qaldı ki,sertifikasiyadan qazandiğım artım mənim biliyimə görə fərqləndiyim üçün qazandığım artımdırsa ,illik bahalaşmanı qarşılamaq üçün olan artım niyə mənim maaşıma əlavə olunmur?
    1 year ago
  • Su..
    Mən xadiçə işlətirəm 240m maaş alıram mənim maaşımda artacaq?
    1 year ago
  • Sevda
    Tibb işçilere de şamil olsa yaxsi olar
    1 year ago
  • Xatirə
    Təşəkkür edirəm. Allah prezidentimizi qorusun
    1 year ago
  • Ziya
    müəllimlərə də şamil olsa yaxşı olar
    1 year ago