“Minsk qrupunun gələcək mandatı Azərbaycandan asılıdır” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Minsk qrupunun gələcək mandatı Azərbaycandan asılıdır” - Deputat

Siyasət

15 Dekabr 2020 12:53 1149


“30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan öz gücü sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olub. Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə 28 il ərzində iki ölkə arasındakı münaqişənin həllində heç bir addım atmayıb”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan hökuməti dəfələrlə işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırıb, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını tələb edib: pizza mizza

“ATƏT-in Minsk qrupu bu illər ərzində təcavüzkar Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermədi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını yerinə yetirmək əvəzinə susqun müşahidəçiyə çevrildi. Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğalçılıq siyasətindən çəkindirsəydi bu faşist ideologiyasına köklənmiş ölkənin ərazi iddialarından irəli gələn tarixi ədalətsizliyə çoxdan son qoymuş olardı”. 

Millət vəkili deyib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər:

“Onlar da yaxşı bilirlər ki, 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallığa - yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə təhlükəsizlik formatının yaradılmasına təkan verib. Artıq ATƏT-in Minsk Qrupu gələcək mandatının regionda söz sahibinə çevrilən Azərbaycandan asılı olduğunu qəbul etməlidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!