Mirzoyan AŞ katibi ilə Azərbaycan barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan AŞ katibi ilə Azərbaycan barədə danışdı

Dünya

08 Aprel 2024 16:42 690


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Ermənistan və Avropa Şurası arasında tərəfdaşlıq, eləcə də regional sabitlik məsələləri müzakirə edilib.

Tərəflər Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş addımları müzakirə ediblər. Toyuqlu pizza

Xarici işlər naziri Ermənistanın sadiqliyini və səylərini vurğulayaraq, düşmənçilikdən azad atmosferin yaradılmasının və əsas məsələlərə aydın bağlılığın vacibliyini qeyd edib.

O, Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində iki əsas məsələyə yanaşmasını təqdim edib: ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınmasının təsdiqi, həmçinin regional kommunikasiyaların blokunun açılması. Mirzoyan Almatı Bəyannaməsinə, eləcə də beynəlxalq hüququn məlum prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!