Mirzoyanın arvadı ilə şəkilləri erməniləri qəzəbləndirdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyanın arvadı ilə şəkilləri erməniləri qəzəbləndirdi - FOTO

Dünya

05 Avqust 2024 14:19 14348


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məzuniyyətdən şəkilləri yayılıb. 

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəkillərdə Mirzoyan həyat yoldaşı Qohar Abajyan və uşaqları ilə birgə görüntülənib. 

Fotolar Şotlandiyanın Edinburq şəhərində çəkilib.  pizza mizza

Nazirin Avropada ailəvi istirahətdən çəkilən şəkilləri erməni sosial şəbəkələrində birmənalı qarşılanmayıb. 

Bəzi ermənilər əhalinin yaşayış səviyyəsinin aşağı olduğu zamanda Mirzoyan da daxil nazirlərin Aropadakı bahalı istirahət məkanlarında dincəlməsinə istehza ilə yanaşıb, hətta qəzəb nümayiş etdiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!