Misir Qəzza ilə sərhədə qoşun yeridir

saytların hazırlanması

Evə çatdırılma

Misir Qəzza ilə sərhədə qoşun yeridir

Dünya

13 Oktyabr 2023 14:25 625


Misir Qəzza zolağı ilə sərhədini möhkəmləndirərək minlərlə əlavə təhlükəsizlik qüvvələrini yerləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Misir kəşfiyyatının yüksək rütbəli rəsmisi danışıb.

O, sərhəddə təhlükəsizlik tədbirlərini "görünməmiş" adlandırıb. Marqarita pizza

Mənbənin sözlərinə görə, İsrailin Qəzza zolağında potensial quru əməliyyatı “böyük səhv” olardı.

Rəsmi vurğulayıb ki, Misir belə bir əməliyyatın qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün İsrailin müttəfiqləri, o cümlədən ABŞ və Avropa dövlətləri ilə “gecə-gündüz” işləyir.

Onun sözlərinə görə, bu ölkələr anklavda təhlükəsizlik zonalarının yaradılmasını və Rəfah şəhərindəki keçid məntəqəsi vasitəsilə humanitar yardımın çatdırılmasına zəmanət verməyi təklif ediblər. Lakin İsrail hələlik bu təklifə cavab verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!