3 gün davam edəcək prezident seçkilərinin başladığı Misirdə bazar günü demək olar ki, 9,4 min seçki məntəqəsi açılıb.
Yenisabah.az Al-Arabiyya-ya istinadla xəbər verir ki, seçicilər 3 namizəd arasında seçim etməli olacaqlar: Misirə 2014-cü ildən rəhbərlik edən hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisi, Sosial Demokrat Partiyasının lideri Fərid Zəhran, liberal Vəfd Partiyasının lideri Əbdül Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasından Hazem Ömər.
Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini almalıdır. Pepperoni pizza
Yekun nəticələrin dekabrın 18-də açıqlanması gözlənilir. İkinci tur tələb olunarsa, bu, yanvarda baş tutacaq.
69 yaşlı əl-Sisinin bu seçkilərdə seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə qalib gələcəyi gözlənilir.
Oktyabr ayında o, vətəndaşları ölkənin "firavan gələcəyə girməsinə" kömək etməyə çağırıb.
Telegram kanalımız