Mitinq olmayacaq: “Əvvəlki dövr deyil ki, hamı küçədə yığışıb...”

saytların hazırlanması

Evə çatdırılma

Mitinq olmayacaq: “Əvvəlki dövr deyil ki, hamı küçədə yığışıb...”

Siyasət

12 Yanvar 2024 09:51 513


Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi təsdiq olunmuş 7 nəfərdən biri də millət vəkili Fazil Mustafadır. Deputat qurucusu və sədri olduğu Böyük Quruluş Partiyasından prezidentliyə namizədidir. 

Qeyd edək ki, seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası yanvar aynın 15-də start veriləcək. 

Seçkilərdə iştirak, təbliğat-təşviqat kampaniyası və digər nüanslarla bağlı milllət vəkili Fazil Mustafa Yenisabah.az-a danışıb. pizza hut

“Əlbəttə seçkilərin qışda keçirilməsi yazda və yaydakı aktivliklə eyni cür ola bilməz, çünki hava şəraitinin də müəyyən dərəcədə təsiri olur. Amma indi əvvəlki dövr deyil ki, hamı küçədə yığışıb kampaniya aparsın. 

Əslində seçici aktivliyi qışda bəlkə də daha yüksək olacaq, çünki gedişat bütövlükdə sosial şəbəkələr və televiziya üzərindən daha çox izlənəcək. 

Eyni zamanda qapalı salonlar var və bu salonlarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. Amma bütövlükdə aktivlik daha çox seçkiyə qatılan namizədlərin aktivliyindən asılı olacaq. Ümid edirəm ki, bütün namizədlər öz seçicilərini seçkiyə cəlb etmək və öz platformalarına rəğbəti artırmaq üçün aktiv fəaliyyət göstərəcəklər”. 

Deputat seçki kampaniyası ilə bağlı irimiqyaslı mitinqlər təşkil etməyəcəklərini bildirib.

“Seçki kampaniyası çərçivəsində ölkənin müxtəlif iri şəhərlərində irimiqyaslı mitinqlər təşkil etməyi düşünmürük. Çünki qış şərtlərində qapalı toplantılar daha çox effekt verir və bir sıra şəhərlərdə qapalı toplantıların keçirilməsi nəzərdə tutulur. Bu qrafik üzrə televiziyalarda vaxt dəqiqləşdikdən sonra bölgələrdə də seçki kampaniyasının keçirilməsini təmin edəcəyik. Çünki ilkin olaraq ödənişsiz efir vaxtı üzərindən vaxt bölgüsunu aparmağı daha doğru hesab edirik. Daha çox diqqət, insanların müəyyən problemlərlə bağlı gözləntisi efir vaxtına yönəlir. Ancaq təbii ki, görüşlər də həmin vaxta uyğun olaraq təyin olunacaq aralıqda keçirilməsi məqsədəuyğundur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!