MN-də 9 milyonluq mənimsəmə: Xidmət rəisinin məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

MN-də 9 milyonluq mənimsəmə: Xidmət rəisinin məhkəməsi başlayır

Kriminal

25 Noyabr 2023 14:01 1130


Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib. Marqarita pizza

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham olunur.

R.Məlikzadə 9 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!