Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. pizza hut
Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını bildirib. Şikayətçi xəsarətlərinin olduğu fotoları instaqramda yayıb.
Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.
Telegram kanalımız