Möhkəm ailənin əsas təməlləri: Hər kəs öz səhvini... 

saytların hazırlanması

Evə çatdırılma

Möhkəm ailənin əsas təməlləri: Hər kəs öz səhvini... 

Sosial

21 Dekabr 2024 09:14 388


Son illər statistik rəqəmlərə nəzər salsaq, ölkəmizdə evliliklərin sürətlə azaldığını, bunun müqabilində isə boşanma hallarının kifayət qədər artdığını söyləmək olar. Nisbi olaraq yanaşsaq, hazırda evlənən hər 3 cütlükdən biri çox yaxın zamanda boşanır. 

Bu isə ailə institutunun davamlılığını və sosial dəyərləri ciddi təhlükə qarşısında qoyur. Azərbaycan tarix boyu istər demoqrafik artım göstəricilərinə görə, istərsə də sağlam və iyerarxik ailə quruluşuna görə hər zaman seçilib. Bunun məntiqi nəticəsi kimi, müstəqillik illərinin əvvəlində ölkəmizdə boşanma faizləri olduqca aşağı idi. Lakin cəmiyyətdə baş verən yeniliklər, sosial və populyar həyatda özünü göstərən sürətli dəyişimlər bir çox sahələrə olduğu kimi, ailə institutuna da təsirsiz ötüşmədi. 

Əslində, ailənin müasirləşməsi, yeniliyə meyilli olması heç də onun möhkəm olmaması ilə əlaqələndirilməməlidir. Sağlam təməli olan ailə hər zərbəyə davam gətirməlidir. Sağlam ailəsi olan cəmiyyətin təməli də möhkəm olur. Hər xırda mübahisə, kiçik problemdə ailə silkələnirsə, o sağlam deyil və toplum üçün təmələ qoyulmuş “bomba” effektini verir. Bir çoxları ailələrin tez dağılmasının səbəbini evlənən cütlüklərin erkən yaşda olması ilə əlaqələndirsə də, olduqca yetkin yaşda ailə həyatı qurub lakin müəyyən səbəblərə görə boşananlar da az deyil.  pizza sifarişi

Bəs görəsən, sağlam və xoşbəxt ailəyə sahib olmaq üçün nələr etmək, daha doğrusu nələrə diqqət etmək lazımdır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Psixologiya elmləri namizədi, pedaqoq, sabiq millət vəkili Gülər Əhmədova bildirib ki, evlilikdə ilk öncə “qızıl orta”nı tapmaq olduqca önəmlidir:

“İnsanlar ümumiyyətlə ailə qurmadan öncə ailə anlayışının fərqinə varmalıdır. Bir-birini sevən iki şəxs mütəmadi özlərini mütəmadi görmək, qopmamaq, itirməmək üçün evlənənlər az deyil. Eyni zamanda ailə təkidi ilə ailə quranlar da var. Boşananlar isə müxtəlif səbəblərdən boşanır. Bu günün insanı məsuliyyətdən, qayğıdan uzaq qaçır. Müasir insanlar heç də əvvəlkilər kimi dözümlü və psixoloji dayanıqlı deyillər. Artıq insanlar nələrəsə dözüb yaşamaq istəmir və özlərinin azadlığı uğrunda mübarizə aparır. Bir qisim ailələrdə nevrotik pozuntular, xarakter uyuşmazlığı olur. 

Bəzi ailələr də var ki, onlar sadəcə kənardan olan müdaxilələr səbəbindən boşanır. Əslində biz nə qədər qorxulu yanaşsaq da, boşanma həm də bir-biri üçün uyğun olmayan şəxslərin qarşılıqlı azad olması deməkdir. Amma təəssüflər olsun ki, bu gün olduqca xırda detallardan ailələrdə konfliktlər yaranır. Ümumiyyətlə hər bir şəxs başa düşməlidir ki, 1 kişi və 1 qadın olan yerdə həmişə konflikt olacaq. Ailə müddətində söz-söhbət də, mübahisələr də olacaq. 

Əlbəttə, sonrasında qarşılıqlı anlaşma, barışma da olacaq. Bütün bunların sonunda hər iki insan bir-birinin təbiətinə ram olur və ailə münasibətlərini müxtəlif səbəblərdən davam etdirir. Bu məcburiyyətdən olmur, sadəcə insan get-gedə arınır. Təbii ki, bütün ailələr xoşbəxt olmalıdır, birlikdə yaşamalıdır deyə bir-şey yoxdur. Lakin yersiz və yüngül səbəblərdən boşanmaq da olmaz. Evlənmədən öncə, daxili saxlamlıqla paralel, insanın psixologiyası da dəyərləndirilməlidir. 

Ümumiyyətlə hər iki insan nə üçün ailə qurduğunun fərqinə varmalıdır. Toy etmək, evlənmək xətrinə evlənmək düzgün deyil. Münasibətlərdə “qızıl orta” deyilən şey var ki, bu mütləq tənzimlənməlidir. Hər iki tərəf öz səhvini çıxdaş etməyi bacarmalıdır”.

Gülər Əhmədova həyatda özünü tapan insanların uğurlu ailələr qurduğunu diqqətə çatdırıb:

“Əslində boşanmalarda yaş faktoru nisbi məsələdir. Hər bir insan müəyyən yaşda özünü tapır, arınır. İnsanların bir çoxu yetkinlik yaşına çatanda ailə qurmaq, evlənmək istəyir. Belə olduqda, gənclik dönəmini qəşəng yaşayan, birgə yaşayışı üstün tutan, uşağa üstünlük verən ailə obrazı formalaşır. Sözün əsl mənasında insan müəyyən bir həddi-büluğa çatandan sonra ailə qursa daha yaxşı olar, nəinki tez-tələsik. 

Çünki insan uşaqlığı uşaq kimi, gəncliyi də gənclik kimi yaşamalıdır. Özünü tam tapan insan öz ailəsinə, övladlarına qarşı da məsuliyyətli olur. Bütün bunlardan əlavə bir qisim insan da var ki, onlar ümumiyyətlə tək yaşamaqdan daha çox zövq alır. Bu cür insanlar ailəyə qarşı çox soyuq və etinasız reaksiya verirlər. Onlar daha azadruhlu və qərarlarını təkbaşına vermək istəyirlər. Belələri cavabdehliyi və məsuliyyəti qəbul etmir, özlərinin tək yaşamından zövq alır. Əlbəttə, onlar olduqca savadlı, sağlam düşüncəli insanlardır. Sadəcə seçimləri belədir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!