"Ukrayna müharibəsi ən azı 10 il davam edəcək".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın iqtisadi məsələlər üzrə vitse-prezident Möhsün Rezayi deyib.
O qeyd edib: “Beynəlxalq vəziyyət nöqteyi-nəzərdən, mühüm və yeni bir dövrdəyik və özümüzü yeni yaranmış şərtlərə uyğunlaşmalıyıq. Bu, çox həssas beynəlxalq, regional və milli vəziyyətdir. Ukraynada müharibə azı 10 davam edəcək. Bu müharibə mühüm hadisədir və o, asanlıqla başa çatmayacaq”. Toyuqlu pizza
Möhsün Rezayi əlavə edib: “İndiki şəraitdə ölkənin imkanları və təhdidlərin atlası və ümumi coğrafiyası dəyişib. İranın prinsipləri dəyişməyib, eynidir, lakin biz yeni imkanlar və təhlükələri tanımalı və işləri planlaşdırmalıyıq.
Region ölkələri ilə ABŞ arasında münasibətlərin zəifləməsi qonşu dövlətlərdə dəyişikliklər yaradacaq və bölgə xalqları hətta özlərində yeni proseslər üçün cəsarət tapa bilər".
Telegram kanalımız