"Moldova rəhbərliyi son vaxtların ritorikasına baxmayaraq, MDB-dən çıxdığını hələ rəsmən elan etməyib".
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev bildirib.
“Mən uzun illərdir MDB İcraiyyə Komitəsinin sədri olmuşam və bu və ya digər dövlətin ölkədən çıxa biləcəyi ilə bağlı bəyanatlar mütəmadi olaraq eşidilir”, - deyə Lebedev vurğulayıb. pizza mizza
Eyni zamanda, o, ölkənin MDB çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Birlik ölkələrinin əksəriyyəti hesab edir ki, Aİ ilə əməkdaşlığın gücləndirilməsi MDB çərçivəsində əməkdaşlığın qorunub saxlanmasına və inkişafına mane olmamalıdır.
Bundan əvvəl Moldova parlamentinin spikeri İqor Qrosu demişdi ki, MDB-də qalmağın zəruriliyi ilə bağlı siyasi müzakirə aparılmalıdır. Aİ ölkələrinin liderləri ötən həftə Ukrayna və Moldovaya birliyə namizəd üzv statusunun verilməsi barədə qərar qəbul ediblər.
Telegram kanalımız