Moldova prezidentindən Qaqauziya liderinə şok ittiham: Cinayətkarlarla əlbirdir!

saytların hazırlanması

Evə çatdırılma

Moldova prezidentindən Qaqauziya liderinə şok ittiham: Cinayətkarlarla əlbirdir!

Dünya

21 İyul 2023 11:54 877


Moldova prezidenti Maya Sandu Qaqauziya muxtariyyətinin yeni rəhbəri Yevgeni Qutsulu cinayətkar qruplaşma ilə əlbir olmaqda ittiham edib. 

Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, o, Qutsulun andiçmə mərasimində iştirak etməmək qərarını bu halla izah edib. 

“Seçki kampaniyası zamanı cinayətkar qrup tərəfindən dəstəklənən şəxsin andiçmə mərasiminə getməyi düzgün hesab etmədiyim üçün Komrata getmədim” - Sandu bildirib.  Pepperoni pizza

O, həmçinin bildirib ki, Qutsulun andiçmə mərasimində iştirak etməyi səhv hesab edir, çünki Qaqauziyanın yeni rəhbəri Moldovada qadağan olunmuş partiyanın (ŞOR) üzvüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!