Moldova parlamenti Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejimini daha 45 gün uzadıb.
Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, hakim Fəaliyyət və Həmrəylik Partiyasından (PAS) 59-u (101 deputatdan) bu qərarın lehinə səs verib.
Moldovanın Baş naziri Nataliya Qavrilitsa parlamentdə çıxış edərək, fövqəladə vəziyyətin “Ukraynada davam edən müharibəyə görə uzadılmasının zəruriliyini müdafiə edib: pizza mizza
"Ukraynadakı müharibə Moldova üçün təhlükəsizlik, miqrasiya axını, beynəlxalq bazarlarda enerji qiymətləri ilə bağlı risklər yaratdıqca, reaksiya vermək və sürətli qərarlar qəbul etmək üçün bizə vaxt lazımdır. Ölkənin enerji təhlükəsizliyi, sərhəd təhlükəsizliyi üçün qalan riskləri idarə etmək üçün fövqəladə vəziyyət, Ukraynadan qaçqın axınının daha da idarə edilməsi zərurəti var”.
Telegram kanalımız