Moldovada müxalifətdə olan “Şor” partiyasının tərəfdarları hökumət binası qarşısında piket keçirərək Natalya Qavrilikanın başçılıq etdiyi Nazirlər Kabinetini istefaya çağırıblar.
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, etirazçılar bu yolla ərzaq və yanacağın qiymətinin artmasına etirazlarını bildiriblər. Aksiya sosial şəbəkələrdə canlı yayımlanıb.
“Bu, xalqa qarşı hökumətdir. Biz nazirləri, məmurları, polisləri ölkəni iqtisadi və enerji çöküşünə aparan bu hakim rejimə xidmət etməməyə çağırırıq. Natalya Qavrilitsa partiyasının hökuməti istefa verməlidir”, - “Şor” partiyasından seçilən Yulian Balan mitinq zamanı bildirib. pizza mizza
Etirazçılar özləri ilə pankartlar gətiriblər. 100-ə yaxın insanın iştirak etdiyi aksiya bir saatdan az davam edib.
Telegram kanalımız