Moldovada “V” və “Z” simvolları qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Moldovada “V” və “Z” simvolları qadağan edildi

Dünya

07 Aprel 2022 23:30 410


Moldova parlamenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyərək, “Georgi lenti”nin “V” və “Z” simvollarının taxılmasına qadağalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə moldovalı deputat Lilian Karp deyib.

“Mən hərbi təcavüzlə bağlı elementlərin yayılmasını və ya təbliğatını qadağan edən düzəliş təklif etmişəm. Söhbət bayraqlar, lentlər, rəngli lentlər, gerblər, qrafik elementlər, hərf və ya rəqəmlər və onların birləşmələri, döş nişanları, şüarlar, salamlaşma formaları, eləcə də hərbi təcavüz iştirakçılarının digər nişanları və fərqlənmə nişanlarından gedir. Qadağa “V” və “Z” lent və simvollarına da şamil edilir”, - deyə deputat bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!