Monqolustanda Putinin həbsi: Prezidentin sözçüsü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Monqolustanda Putinin həbsi: Prezidentin sözçüsü danışdı

Dünya

02 Sentyabr 2024 09:50 444


Vladimir Putinin səfəri ərəfəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxa müraciət etməsi barədə məlumat yalandır.

Yenisabah.az xəbər verir ki, bu barədə Monqolustan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Ulziybayarın Zolbayar xüsusi brifinqdə danışıb.

“Rusiya prezidentinin sentyabrın 3-də ölkəmizə gözlənilən səfəri ilə bağlı BCM-nin Monqolustan prezidentinə bəyanat və çağırışlar göndərdiyi barədə məlumat rəsmi mənbədən deyil, o, yalan və faktların təhrifidir”, - deyə o vurğulayıb. pizza mizza

Sözçü ictimaiyyətdən istənilən informasiyaya ehtiyatla yanaşmağı, onun düzgünlüyünü yoxlamağı və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edib.

“Sosial şəbəkələrdə belə yalan və çaşdırıcı məlumatlar bilərəkdən yayılır”, - deyə Zolbayar vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!