“Moskva Ankaranın balanslı xəttini yüksək qiymətləndirir“ - Rusiya XİN

saytların hazırlanması

Evə çatdırılma

“Moskva Ankaranın balanslı xəttini yüksək qiymətləndirir“ - Rusiya XİN

Dünya

16 Mart 2022 10:52 547


"Rusiya Ukrayna böhranının həlli yollarının tapılmasında kömək etməyə hazır olduğuna görə Türkiyəyə minnətdardır".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson bildirib.

Onun sözlərinə görə, Kreml Ankaranın balanslı mövqeyini yüksək qiymətləndirir. Dominos pizza

“Bildiyiniz kimi, martın 10-da Türkiyənin xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində ukraynalı həmkarı Dmitro Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı və yardımı ilə danışıqlar aparıb. Biz Ankaradakı həmkarlarımıza tədbirin təşkilinə, Ukrayna böhranının həllinə kömək etməyə hazır olduqlarına görə minnətdarıq”, - deyə Pilipson vurğulyaıb.

Şöbə rəisi onu da əlavə edib ki, Moskva türk tərəfdaşlarının balanslaşdırılmış xəttini yüksək qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!