Moskva polisi müharibəyə etiraz edən 5 azyaşlı uşağı saxladı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Moskva polisi müharibəyə etiraz edən 5 azyaşlı uşağı saxladı - Fotolar

Dünya

02 Mart 2022 11:30 995


Rusiyanın Ukraynaya hücumundan sonra “bu qədər də olmaz” deyilən hadisələr baş verməyə davam edir.

Yenisabah.az xəbər verir ki, bu dəfə Moskvada polis müharibə əleyhinə etiraz aksiyası keçirən 2 ana və 5 azyaşlı uşağı saxlayıb.

Yekaterina Zavizion və Olqa Alter adlı iki ana, övladları Sonya, David, Matvey, Liza və Qoşanı götürərək Ukrayna səfirliyinin binasının qarşısına gedərək etiraz aksiyası keçirmək istəyiblər. Sezar pizza

Ən kiçiyi 7, ən böyüyü isə 11 yaşında olan uşaqlar əllərində “Müharibəyə yox!” yazılmış plakatlarla səfirliyin binası önünə gül dəstələri qoyublar. Bu əsnada ətrafdakı polislərı 2 ana və 5 uşağı saxlayaraq avtomobillərə mindiriblər.

Polis bölməsinə aparılan analar və azyaşlılar dindirildikdən sonra sərbəst buraxılıblar.

Hadisə Rusiyada böyük əks-səda doğursa da, Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!