Moskvada 40 yaşlı kişi 15 yaşlı azərbaycanlı qızı qaçırdı

saytların hazırlanması

Evə çatdırılma

Moskvada 40 yaşlı kişi 15 yaşlı azərbaycanlı qızı qaçırdı

Hadisə

28 İyun 2022 15:52 2955


Moskvada yaşayan azərbaycanlının 15 yaşlı qızı evlənmə məqsədilə qaçırılıb.

Yenisabah.az MK.ru-ya istinadla xəbər verir ki, ailə başçısı polisə müraciət edib.

Hadisə iyunun 27-də  axşam saatlarında Sosenskoye (Yeni Moskva) qəsəbəsində baş verib. Qızın atası bildirib ki, 40 yaşlı, əslən azərbaycanlı olan bir şəxs ona zəng edib. Dominos pizza

Zəng edən bildirib ki, həmsöhbətinin 15 yaşlı qızını istədiyi üçün özü ilə aparıb.

Yeri gəlmişkən, yeniyetmə heç yerdə oxumur, manikür salonunda işləyir.

Qız təsdiqləyib ki, vəziyyəti yaxşıdır, ərə getmək istəyir və evə qayıtmayacaq.

Buna baxmayaraq, qaçan atası polisə müraciət edib. Lakin bir neçə saat sonra qızın anası hüquq-mühafizə orqanlarına əks-müraciət yazıb. O, qızına qarşı heç bir pislik edilmədiyini və onun axtarışına son qoyulmalı olduğunu bildirib. Ananın bəyə də heç bir iddiası yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!