Moskvadan Kadırovla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan Kadırovla bağlı açıqlama

Dünya

05 Sentyabr 2022 08:45 1029


Kremlin mətbuat katibi Dmitri Peskov Ramzan Kadırovun Çeçenistan rəhbəri postunu tərk etməsi ilə bağlı sözlərinə münasibət bildirib.

“Yeni Sabah” APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Kadırovun Çeçenistana rəhbərlik etməyə davam etdiyini söyləyib.

"Bu məlumatlar hələ reallaşmayıb, o, regiona rəhbərlik etməyə davam edir",-deyə Peskov vurğulayıb. pizza hut

Qeyd edək ki, Ramzan Kadırov "Telegram" kanalında paylaşım edərək 15 ildən artıq müddətdə Çeçenistana rəhbərlik etdiyini və qədərindən artıq vəzifədə qaldığını bildirib.

"Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifədə çox qalan yeganə adamam. Çox qaldığımın özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz", - deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!