Moskvaya dron hücumu: Mer açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya dron hücumu: Mer açıqlama yaydı

Dünya

24 İyul 2023 08:43 835


Moskva meri Sergey Sobyanin bazar ertəsi səhər şəhərin pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə mer “Telegram” kanalında məlumat verib.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz təyyarələrin zərbələri qeydə alınıb. Ciddi dağıntılar və qurbanlar yoxdur”, – Sobyanin yazıb. Marqarita pizza

Rusiya FHN-in verdiyi məlumata görə, dronlardan biri Moskvanın Lixaçov prospektində yerləşən biznes mərkəzinin binasına düşüb.

“Partlayış olub. Hadisə nəticəsində ilkin məlumata görə, ölən və xəsarət alan olmayıb”.

Xatırladaq ki, bundan əvvəl də paytaxtın Komsomolski prospekti 17 ünvanında daha bir pilotsuz təyyarənin fraqmentlərinin tapıldığını bildirilmişdi. Qeyd olunur ki, bura Rusiya Federasiyası Müdafiə Nazirliyinin inzibati binasının yerləşdiyi ərazidən bir qədər kənardadır.

Yerli KİV yazır ki, Moskvanın Komsomolski və Lixaçev prospektlərində nəqliyyatın hərəkəti dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!