Moskvaya hücumun təşkilatçısı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya hücumun təşkilatçısı bəlli oldu

Dünya

24 İyul 2023 12:34 962


İyulun 24-nə keçən gecə iki pilotsuz təyyarənin Moskvaya hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı idi. 

Bakupost.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” nəşri Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. 

Jurnalistin həmsöhbəti əlavə edib ki, "bütün "quş"lar Moskvaya uçub.  Sezar pizza

Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Moskvaya hücum edib. Bir pilotsuz təyyarənin qalıqları Komsomolski prospektində, Rusiya Müdafiə Nazirliyinin binasının da yerləşdiyi 17 nömrəli evin yaxınlığında düşüb. İkinci dron Lixaçov prospektindəki biznes mərkəzinə düşüb. Binanın yuxarı iki mərtəbəsindəki şüşələr sınıb. İtkilər barədə məlumat verilmir. 

Moskvanın Zelenoqrad inzibati rayonunda mərkəzi qəbiristanlığın ərazisinə pilotsuz təyyarənin düşdüyü də qeyd edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Kiyev rejimini” terror aktına cəhddə ittiham edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!