Moskvaya növbəti PUA hücumu - Mer açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya növbəti PUA hücumu - Mer açıqlama yaydı

Dünya

28 Avqust 2023 12:28 472


Moskvaya uçan pilotsuz uçuş aparatı paytaxt yaxınlığındakı Luberets rayonunda hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. 

Yenisabah.az bu barədə “RİA Novosti” Moskva meri Sergey Sobyaninin “Telegram” kanalına istinadən məlumat yayıb. 

“Bu gün Luberets vilayətində zenit raket qüvvələri Moskva istiqamətində uçan pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, dağıntı və xəsarət alan olmayıb. Hadisə yerində təcili xidmətlər işləyir”, - deyə Sobyanin bildirib.  Marqarita pizza

Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyərək səhər saat 4:30-da terror cəhdinin qarşısının alındığını qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!