Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib: "Əsas olan seçicidir və onlar arasında fərq qoyulmur".
M. Pənahov qeyd edib: "Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur". Marqarita pizza
Telegram kanalımız