MSK sədri seçkiyə bir gün qalmış mətbuat konfransı keçirir

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri seçkiyə bir gün qalmış mətbuat konfransı keçirir

Siyasət

06 Fevral 2024 14:20 370


Sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək. Dördpendirli pizza

M. Pənahov qeyd edib ki, seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri seçici siyahılarının tərtibi idi:

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

MSK sədri qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir:

"109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!