MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq

saytların hazırlanması

Evə çatdırılma

MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq

Siyasət

21 Yanvar 2024 00:24 882


Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb.

Bu barədə “Report”a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub. pizza hut

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!