Müalicə olunan qaziyə reabilitasiya vasitələri təqdim edilib

saytların hazırlanması

Evə çatdırılma

Müalicə olunan qaziyə reabilitasiya vasitələri təqdim edilib

Sosial

29 Dekabr 2020 14:44 687


Vətən müharibəsində tarixi Zəfərimizin qəhrəmanlarından biri olan Əhmədli Rəşad Taleh oğlu Talış kəndi uğrunda gedən döyüşlər zamanı hər iki ayağından və sol qolundan yaralanıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Sabirabadın Cavad kənd sakini olan Rəşad hazırda Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları qazimizi ziyarət ediblər. Görüş zamanı Rəşad Əhmədliyə ehtiyac duyduğu reabilitasiya vasitələri təqdim edilib.  pizza sifarişi

Yaralanmış hərbçilər, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, tibbi-sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!