Böyük Britaniyanın İrandakı səfiri müavininin həbsini təkzib edib.
Yenisabah.az "Eslahat News"a istinadla xəbər verir ki, o bununla bağlı "Twitter" ыэршаэыштвэ нфяж dərc edib.
Saymon Şerkliff qeyd edib: “Çox maraqlı xəbərlər var ki, səfir müavinimiz hazırda həbsdədir... O, ötən ilin dekabrında missiyasının sonunda İranı tərk edib”. pizza
Xatırladaq ki, iyunun 6-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (IIKK - "Sepah") Britaniya səfirinin müavini Caylz Uitaker də daxiol olmaqla, bir qrup əcnəbinin casusluq ittihamı ilə həbs olunduğunu açıqlayıb.
Diplomatlar İranın Kerman əyalətində Şahdad çölündə torpaq nümunəsi götürərkən tutulublar. "Sepah"ın kəşfiyyat xidməti hadisənin video-görüntüsünü də yayıb.
Rəsmi Tehran Britaniya səfirliyinin üzrxahlığından sonra diplomatın ölkədən qovulduğunu bildirib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, diplomatların İranda həbs olunması məlumatı yalandır.
Telegram kanalımız