Müdafiə naziri xəstəxanaya yerləşdirildi 

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə naziri xəstəxanaya yerləşdirildi 

Dünya

22 May 2024 12:56 550


İtaliyanın müdafiə naziri Quido Krosetto xəstəxanaya yerləşdirilib. 

Yenisabah.az xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarellanın sədrliyi ilə keçirilən Ali Müdafiə Şurasının iclasında səhhəti pisləşən nazir təcili yardım maşını ilə paytaxt Romadakı San Karlo di Nansi xəstəxanasına aparılıb. 

İtaliyanın Baş naziri Ciorcia Meloni sosial media hesabından etdiyi paylaşımda Quido Krosettonun tezliklə sağalmasını arzulayıb.  Sezar pizza

Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini də həmkarının ən qısa zamanda səhhətinə qovuşmasını arzuladığını bildirib. 

Xatırladaq ki, Quido Krosetto bu ilin fevralında da ürək problemlərinə görə xəstəxanaya yerləşdirilmişdi.(AzərTac) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!