Müdafiə Nazirindən azad edilən ərazilərlə bağlı   TAPŞIRIQ

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirindən azad edilən ərazilərlə bağlı TAPŞIRIQ

Siyasət

29 Dekabr 2020 19:24 717


Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 29-da nazir müavinləri, qoşun növləri komandanları, Nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.

Azad edilən ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!