Müdafiə Nazirliyi açıqlama yaydı:   İki hərbçimiz vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi açıqlama yaydı: İki hərbçimiz vəfat etdi

Hadisə

12 İyun 2022 16:25 3754


Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçular - tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər. pizza mizza

Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.

Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi  dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!