Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürdü

Sosial

09 Dekabr 2020 23:22 874


Müdafiə Nazirliyinin rəhbərliyi “YAŞAT” Fonduna bir aylıq pul təminatının 50 %-i həcmində vəsait köçürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!