Müdafiə Nazirliyindən Kamil Zeynallı ilə bağlı açıqlama: “Əsgərləri sıraya düzmək üçün...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən Kamil Zeynallı ilə bağlı açıqlama: “Əsgərləri sıraya düzmək üçün...” - VİDEO

Sosial

03 Yanvar 2021 18:18 10678


Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.

“Yeni Sabah” “24saat.org”a istinadla xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyindən Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası olmadığı bildirilib. Marqarita pizza

Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.

Kamil Zeynallının “Facebook” profilindəki sözügedən kadrları təqdim edirik: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!