Müəllimi döyüb, çantasını oğurladılar - Neftçalada olay

saytların hazırlanması

Evə çatdırılma

Müəllimi döyüb, çantasını oğurladılar - Neftçalada olay

Hadisə

10 Yanvar 2023 16:27 734


Neftçala rayonunun Bankə qəsəbəsində döyülmə faktı qeydə alınıb. 

Bakupost.az xəbər verir ki, qəsəbənin 2 nömrəli məktəbində ibtidai sinif müəllimi işləyən Elza İbrahimova evə gedərkən qara maskalı bir şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs müəllimə xəsarət yetirərək, əlindəki çantanı alıb və hadisə yerindən uzaqlaşıb. Pepperoni pizza

E.İbrahimovanın başından ağır xəsarət aldığı bildirilir.

Hazırda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Məlumata görə, E.İbrahimova qəsəbənin imkanlı şəxslərindən hesab edilir. O, müəlliməliklə yanaşı xırda ticarətlə də məşğul olur.

Hadisə ilə bağlı məktəbin direktoru Hüsniyyə Zeynalova ilə əlaqə saxladıq. Direktor Bakupost.az –a açıqlamasında hadisənin baş verdiyini təsdiqlədi: “Hazırda polis araşdırma aparır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!