Müğənni həmkarlarını “virus“ adlandırdı

Müğənni həmkarlarını “virus“ adlandırdı

Şou

24 Yanvar 2023 16:47 460


"Heç vaxt çıxıb kiməsə efirdən cavab verməmişəm. Əgər bir insanla eyni camiyadayamsa, onunla telefonda aramızda olan problemi həll edə bilərəm".

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Sənətçi onun arxasınca danışan və "işlər çevirən" həmkarlarını "virus" adlandırıb:

"O mənə, mən ona deyim... Bir müddətdən sonra eyni məclisdə üz-üzə gəlirsən, heç salam verməyə üz də qalmır. Arxada danışırlar... Önəmli olan isə üzümə deməkləridir. Onlara cavab versəm, olduqları bataqlığa düşərəm. O qədər "virus" var ki, maska taxmaq məcburiyyətində qalıram. Maska növü dəyişir. Günü-gündən isə bu virusların sayı çoxalır. Həyat çətinləşir.  Hər cür varlıqla üz-üzə gələ bilirsən. Bu isə həyatdır. Həyatda hər şey olur".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!