Müğənni Yaşar Cəlilov maraqlı açıqlaması ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, ifaçı qonaq olduğu “Tam vaxtıdır” verilişində sənəti üçün xeyli puldan keçməli olduğunu etiraf edib:
“2006-cı ildən 2009-cu ilədək sənətimə 100 min manat pul xərcləmişəm. 100 min manatı xərclədiyimə görə peşman deyiləm. Çünki o pulun müqabilində bəstəkar Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Emin Kərimi, Rəhim Rəhimli kimi bir çox bəstəkarlardan mahnılar alıb, oxumuşam. Bu günki gündə mən o xərclədiyim 100 min manatın çörəyini yeyirəm”. Pepperoni pizza
Telegram kanalımız