Müharibə başlayandan sonra 150-dən çox jurnalist Rusiyadan qaçıb

saytların hazırlanması

Evə çatdırılma

Müharibə başlayandan sonra 150-dən çox jurnalist Rusiyadan qaçıb

Dünya

30 Mart 2022 12:52 395


Rusiya-Ukrayna müharibəsinin mediaya təsiri və Rusiyanın yaratdığı neqativ tendensiyalar davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bilidrib. JuHİ sədri qeyd edib ki, 150-dən çox rusiyalı jurnalist təhlükəsizlik məqsədilə Rusiyadan  qaçıb, ayrı-ayrı ölkələrə sığınıblar. Onlar, Rusiyada qəbul edilmiş yeni qanun çərçivəsində 15 il həbs və ya yüksək məbləğdə cərimə oluna biləcəklərindən ehtiyatlanaraq ölkədən qaçıblar.

Ələsgərli xatırladıb ki, Rusiyada müharibə dövründə informasiya mühitini tənzimləmək üçün yeni qanun qəbul edilib. Qanuna əsasən, Ukraynada  Rusiya tərəfindən aparılan hərbi əməliyyatları “işğal” və ya “müharibə” adlandıran KİV qurumları bağlanılmalı, yüksək məbləğdə cərimələnməlidir. Bu ifadələri işlədən jurnalistlər, xəbər istehsalçıları cinayət məsuliyyətinə cəlb edərək 15 ilə qədər həbs edə bilərlər. pizza mizza

Təşkilat rəhbəri qeyd edib ki, bu ügnə kimi Ukraynada 12 jurnalist qətlə yetirilib: "Məlumatı  Ukrayna Baş Prokurorluğu yayıb. Beynəlxalq jurnalist təşkilatları bu faktlardan 6-nı artıq təsdiqləyiblər. Həlak olan 6 nəfər haqqında bilgiləri saytlarında yerləşdiriblər. Digərləri haqqında araşdırmalar davam edir. Həmçinin bu günə kimi 10 jurnalist ağır bədən xəsarətləri alıb, ölümcül halda yaralanıb. 50-dən çox jurnalist ümumi xəsarət alıb. Ukrayna Baş Prokurorluğu və Beynəlxalq jurnalist təşkilatları qeyd edirlər ki, Rusiya tərəfi media işçilərini bilərəkdən hədəf seçirlər". 

Müşfiq Ələsgərlinin sözlərinə görə, 11 jurnalist Rusiya hərbçiləri və xüsusi xidmət orqanları tərəfindən  oğurlanıb, ağır işgəncəyə məruz qalıb. Onlar Rusiya nəfinə casusluq etməyə, yaxud, Ukraynanın haqsız olduğunu söyləməyə məcbur edilirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!