“Müharibə bu gün bitə bilər“ - Pentaqon sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə bu gün bitə bilər“ - Pentaqon sözçüsü

Dünya

07 Aprel 2022 11:58 628


Rusiya prezidenti Vladimir Putin heç bir strateji məqsədə nail ola bilməyib. Eyni zamanda, Ukrayna yaxşı nəticələr göstərir və müharibədə qalib gələ bilər.

Yenisabah xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi brifinq zamanı bildirib .

"Əlbəttə, onların (ukraynalılar) artıq əldə etdiklərinə diqqətlə nəzər salsanız, qalib gələ bilər. Putin Ukraynada strateji məqsədlərinin heç birinə tam şəkildə nail ola bilməyib", - Kirbi bildirib. pizza sifarişi

Pentaqonun sözçüsü vurğulayıb ki, Putin hələ Kiyevi almayıb və hökuməti devirməyib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.

"Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən çıxarıb. O, qoşunlarını Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar cənubda Nikolayevi almayıblar. Ona görə də məncə, sübut - sözün əsl mənasında hər dəfə gördüyünüz nəticələrdir" deyə o bildirib.

Eyni zamanda Kirbi qeyd edib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

"Əgər Putin düzgün hərəkət etsə, müharibə bu gün bitə bilər: qoşunları çıxarın, onları evə göndərin və Ukraynanın suverenliyinə hörmət edin. Lakin o, başqa yol seçib", - Kirbi əlavə edib.

Qeyd edək ki, Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatması üçün yeni tarixləri açıqlayıb. O, həmçinin işğalçıların Kiyev yaxınlığındakı mövqelərinə qayıdacaqlarını və Xarkovu ələ keçirə biləcəklərini deyib.

Cavad Salmanli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!