Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Müharibə təhlükəsi artır: Xarici diplomatlar Ukraynanı tərk edir

Dünya

24 Yanvar 2022 15:17 621


Fransa öz diplomatlarını və onların ailələrini Ukraynadan təxliyyə edir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna parlamentindəki mənbələrinə istinadən yerli “Vesti” portalı yayıb.

Britaniyanın Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, Ukraynadakı əməkdaşların bəziləri Rusiya tərəfindən artan “təhdidlərə” cavab olaraq ölkəni tərk edirlər. pizza mizza

Eyni bu səbəbdən, ABŞ-ın Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyində çalışan əməkdaşların ailələrinin Ukraynanı tərk etməsinə dair göstəriş verib, bəzi diplomatlara isə könüllü olaraq ölkədən getməyə icazə verib.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrində Rusiyanın Ukrayna ərazisinə hücum edəcəyinə dair fikirlər səslənir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu cür məlumatları əsassız adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!