Müharibə veteranlarına verilən 80 manat bu qədər artacaq - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarına verilən 80 manat bu qədər artacaq - AÇIQLAMA

Sosial

21 Oktyabr 2024 23:51 21299


Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?

Mövzu ilə bağlı Sonxəbər.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:

"Bu müavinətilərin artırılmasına ehtiyac var. Çünki ən son təyin olunan məbləğdən sonra keçən dövr ərzində ölkədə xeyli bahalaşmalar yaranıb. Pul öz dəyərinin itirib. Buna görə də bu məbləğin alıcılıq qabiliyyəti təyin olduğu dövrə görə iki dəfə azdır. Yəni faktiki götürsək, indiki dövrdə ən azı 150 manat təyin olunmalıdır. Çünki artıq 80 manata heçnə almaq mümkün deyil. Həm ərzağın qiyməti, həm nəqliyyatda gediş haqları, həm dərmanların qiyməti artıb. Sezar pizza

Bu, o deməkdir ki, pulun əmtəə dəyəri son iki ildə iki dəfə aşağı düşüb. Buna görə mən hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RƏHMAN
    Bəli artırılsın hər şeyin qiyməti qalxıb məndə veteranam işsizəm heç dolana bilmirik 80 manat nədiki? Ağlamalı vəziyətdəyik
    2 years ago
  • Səkinə
    Müharibə veteranları bizim canlı şəhidlərimizdilər onlara göstərilən diqqət də, verilən maddiyyat da hamıdan artıq olmamalıdır.!
    2 years ago
  • Rza
    Salam 150 manat verin deputat lara qorun bir ay dolana bilirler sariyiblar bizi barmaga ayib di Vallah gune gune qiymetler qalhir cetinlesib hersey day bestirin yediz caladiz budceni harice pul yatizdirdiz bizide fkirlesin biz ne yirik ne icirik eynimize ne paltar ala bilirik ne birsey !
    2 years ago
  • Elvin Muxtarov
    İnşAllah böyük ümidlə gözləyirik.
    2 years ago
  • Amil
    Bunu sen dusunursen 2 defe artirmaq lazimdi. Yuxarida oturub bosuna maas alib kayf edenler bunu düşünmür. Neler cekdiymizu o sukalar bilmir
    2 years ago